MİQ imtahanında bu sual etibarsız SAYILDI  

MİQ imtahanında bu sual etibarsız SAYILDI  

Hazırda oxunan: MİQ imtahanında bu sual etibarsız SAYILDI  

147005

“İyulun 14-də müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin Azərbaycan dili və ədəbiyyat fənni üzrə test imtahanlarında 29-cu tapşırıq etibarsız sayılıb”. 

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi məlumat yayıb. 

Qeyd olunub ki, namizədlərin apellyasiya müraciətlərinə əsasən, suallar ekspertlər tərəfindən yenidən yoxlanılıb: 

“Nəticədə 29-cu tapşırıqda bəhs edilən əsərin adının çərçivə sənədinə daxil olan əsərlər siyahısında yer almadığı aşkar olunub. Bu səbəbdən 29-cu tapşırıq etibarsız sayılıb. 
Nəzərinizə çatdırırıq ki, həmin test tapşırığı 1 280 nəfərə düzgün, 3 842 nəfərə səhv olaraq hesablanıb, 959 nəfər isə tapşırığı cavablandırmayıb. Sualın bütün namizədlərə düzgün olaraq hesablanması ilə 1 280 nəfərin nəticəsi sabit qalacaq, 3 842 namizədə 2,5 bal (səhv cavaba görə 0,5 bal bərpa), 959 namizədə isə 2 bal artırılacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO