Moderator.az keçmiş təhsil naziri Misir Mərdanovun Qafqaz Universiteti ilə bağlı vaxtilə səsləndirdiyi bir fikri oxuculara təqdim edir. Həmin çıxışda M. Mərdanov Qafqaz Universitetini Azərbaycan xalqının sərvəti hesab etdiyini bildirir.xa0
Üstündən bir neçə il keçəndən sonra keçmiş nazirin bu tarixi çıxışına baxmaq heç şübhəsiz, xeyli maraq doğuracaq. Kimin ağlına gələrdi ki, Misir müəllimin təbirincə desək, "Azərbaycan xalqının sərvəti" nə zamansa belə bir acınacaqlı aqibətlə üzləşəcək.xa0
Bu azmış kimi hər yerdə, hətta Azərbaycanda da FETÖ-çü axtaran rəsmi Ankara sabah Misir Mərdanovu da Fətullahçı kimi qələmə versə təəccüblənməmək lazım. Çünki bu cür ürəkdən deyilən səmimi sözlər arqument qıtlığı şəraitində gerçəkdən də şübhələnmək üçün yetərli sayıla bilər...
Yeri gəlmişkən, xatırladaq ki, keçmiş təhsil nazirinin xalası oğlu Niftalı Qocayev uzun illərdir ki, "Azərbaycan xalqının sərvəti"ndə prorektor vəzifəsində çalışır. Yəqin 15 iyul olaylarından sonra hörmətli prorektor xeyli narahat günlər yaşayır. "Keçmiş olsun" deyirik...




























































































