Xalq artisti Şahnaz Haşımova xəstəxanaya YERLƏŞDİRİLDİ - FOTO

Xalq artisti Şahnaz Haşımova xəstəxanaya YERLƏŞDİRİLDİ - FOTO

Hazırda oxunan: Xalq artisti Şahnaz Haşımova xəstəxanaya YERLƏŞDİRİLDİ - FOTO

146949

Azərbaycanın xalq artisti Şahnaz Haşımova səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, tanınmış müğənni Abbas Səhət adına Xəstəxananın Təcili Yardım Şöbəsində müalicə alır. Tibb müəssisəsindən bildirilib ki, Şahnaz Haşımovaya yüngül formada beyin-qan dövranının pozğunluğu diaqnozu qoyulub. Hazırda onun vəziyyəti stabildir.

Həkimlərin nəzarəti altında müalicəsini davam etdirir. 

Dünən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Millət vəkili Müşfiq Cəfərovla Şahnaz Haşımovanı xəstəxanada ziyarət edib, səhhəti ilə maraqlanıblar. 



Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO