Bakı Dövlət Universitetinin (BDU) Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında yerləşən 9 mərtəbədən ibarət 2 saylı tədris binasının əsaslı təmirinə 10 milyon 950 min 396 manat xərclənəcək.
Bizim.Media ”pravda.az”a istinadən xəbər verir ki, görüntüsü müzakirələrə səbəb olan korpusun təmirini tenderdə qalib elan edilən "VEST-LTD" Qapalı Səhmdar Cəmiyyəti (QSC) həyata keçirir.
Təmiri həyata keçirilən binanın görüntülərini sosial şəbəkələrdə paylaşaraq universitet rəhbərliyini tənqid ediblər. Bildirilib ki, illər əvvəllər səliqəsiz tikilən, ilk baxışdan təhlükəsizlik normalarına cavab vermədiyi təəssüratını yaradan binanın təmirinə vəsait xərcləmək düzgün deyil, BDU rəhbərliyi müvafiq qurumlar qarşısında məsələ qaldırmalı, müasir standarta cavab verən yeni binanın tikintisinə nail olmalı idi.
Qeyd edək ki, təmir işlərini həyata keçirən şirkət 2010-cu ildən fəaliyyət göstərir, nizamnamə kapitalı 2050 manatdır, direktoru Verdəliyev Şahin Əlimərdan oğludur. "VEST-LTD" QSC bir çox tenderlərin qalibi elan edilib. Mətbuatda yazılan və indiyədək təkzib olunmayan məlumatlarda qeyd olunur ki, şirkət “tender kralı” kimi tanınan Hacı Ramazan Mirzəyev adlı şəxsə məxsusdur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:27 / 19.07.2023
BDU-nun müzakirələrə səbəb olan korpusuna 11 milyona yaxın vəsait XƏRCLƏNƏCƏK - DETALLAR
Hazırda oxunan: BDU-nun müzakirələrə səbəb olan korpusuna 11 milyona yaxın vəsait XƏRCLƏNƏCƏK - DETALLAR
Hazırda oxunan: BDU-nun müzakirələrə səbəb olan korpusuna 11 milyona yaxın vəsait XƏRCLƏNƏCƏK - DETALLAR
146940
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.