Balakəndə Respublika açıq birinciliyi KEÇİRİLDİ – FOTO  

Balakəndə Respublika açıq birinciliyi KEÇİRİLDİ – FOTO  

Hazırda oxunan: Balakəndə Respublika açıq birinciliyi KEÇİRİLDİ – FOTO  

146939

Balakən rayon Olimpiya İdman Kompleksində Azərbaycan Güləş Federasiyası, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi, Balakən UGİŞM-nin birgə təşkilatçılığı ilə "Sərbəst" və "Yunan-Roma" güləşi üzrə Respublika açıq birinciliyi keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, birincilikdə Balakən güləşçiləri ilə yanaşı Sumqayıt, Abşeron, Beyləqan, Zaqatala, Yevlax, Mingəçevir, Qax, Kürdəmir, Şəki, Şəmkir rayon və şəhərlərinin komandaları mübarizə aparıb. Yarışa iki yaş qrupu üzrə 230 idmançı qatılıb.

Sərbəst güləş yarışlarında komanda hesabında I yeri Zaqatala, Yunan-Roma güləş yarışlarında isə l yeri Balakən UGİŞM-nin komandası tutub. Sonda təşkilatçılar tərəfindən l yeri tutan konandalara kubok, ilk üç yeri tutan idmançılara isə diplom və medallar təqdim edilib. 



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO