Azərbaycanda Məhərrəm ayı başladı

Azərbaycanda Məhərrəm ayı başladı

Hazırda oxunan: Azərbaycanda Məhərrəm ayı başladı

146914

Azərbaycanda Məhərrəm ayı başlayıb. 

Bizim.Media xəbər verir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır, yeni 1445-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2023-cü il iyul ayının 19-na, Aşura günü isə iyul ayının 28-nə təsadüf edir. 

Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.

Sentyabrın 6-sı, yəni Səfər ayının 20-ci günü, imamın 40-ı günü olacaq. 

Hər il olduğu kimi, bu il də Aşura günü qanvermə aksiyaları keçiriləcək. Qazılar Şurası məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq və sairənin şəriətə görə icazəli olmadığını dindarların diqqətinə çatdırıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO