Saxta xəbərlər və ya müasir terminlə “Fake news” tarixinə qısa baxış

Saxta xəbərlər və ya müasir terminlə “Fake news” tarixinə qısa baxış

Hazırda oxunan: Saxta xəbərlər və ya müasir terminlə “Fake news” tarixinə qısa baxış

146874

Saxta xəbərlərin tarixi əslində çox qədimlərə dayanır. II Ramzes məbədlərin divarlarını Kadeş döyüşündə göstərdiyi qəhrəmanlıq təsvirləri ilə bəzəmişdi.  

Bizim.Media globalinfo.az-a istinadən xəbər verir ki, bu, saxta xəbərlər tarixindən məlum olan ən qədim məlumatlardan biridir.

Bu döyüş hər iki tərəfin salnaməçiləri tərəfindən geniş işıqlandırıldığı üçün həqiqəti tapmaq çətin deyil. 

Məsələ bundadır ki, II Ramzes saray və məbədlərin divarlarında təsvir etdiyi qəhrəmanlıq hekayələrində tanrılar tərəfindən qorunan şanlı sərkərdə kimi təsvir edilirdi. Kadeş döyüşü isə II Ramzesin məğlub olduğu yeganə döyüş idi. 

Eramızdan əvvəl I əsrdə Romada Oktavian rəqibi Mark Antoniyə qarşı yalan məlumat xarakterli kampaniya apararaq onu sərxoş, qadın düşkünü və Misir kraliçası VII Kleopatranın kuklası kimi təqdim etdi. Bu xəbərlər Roma əhalisinin qəzəbinə səbəb olmuşdu. 
Eramızın II və III əsrlərində xristianlar haqqında onların kannibalizmlə məşğul olması haqqında xəbərlər yayılır. Eyni həmlə qarşı tərəfdən də gəldi. Eramızın üçüncü tərəfindən xristian rahibi Laktanti bütpərəstlərin əxlaqsızlıq və qəddarlıq hərəkətləri haqda hekayələr uydururdu. 

1439-cu ildən Qutenberqin rəhbərliyi altında çap texnologiyalarının inkişafı və kütləvi informasiya vasitələri əsrinin başlamasından sonra dəniz canavarları və cadugərlər haqqında qeyri-adi hekayələr və təbii fəlakətlərə görə günahkarların məsuliyyət daşıdığı iddiaları kimi bir çox yalan/saxta xəbərlər geniş kütlələrə yayılmışdır.

1475-ci ildə orta İtaliya şəhəri Trenddə yayılan saxta xəbər iddia edirdi ki, yəhudi icması Simonino adlı iki və yarım yaşlı xristian körpəni qətlə yetirib.

Bu hekayə şəhərdəki bütün yəhudilərin həbs edilərək işgəncələrə məruz qalması ilə nəticələndi. Onlardan elə təkcə 15 nəfəri odda yandırıldı. Papa IV Sixtus özü hekayəni ləğv etməyə cəhd etdi; lakin o vaxta qədər vəziyyət nəzarətdən çıxmışdı. 
18-ci əsrin əvvələrində saxta xəbərlər qanunvericiliklə təqib olunmağa başladı. Hollandiyada saxta xəbərlərin naşirləri cərimələndi və qadağan edildiə. Ancaq onun yayılması sürətlə artırdı. Məsələn, ABŞ-da quldarlıq dövründə köləliyin tərəfdarları ağdərililərin daha aşağı statusa malik hesab etdiyi afro-amerikalılar haqqında saxta xəbərlər yayırdılar. 

1890-cı illərdə rəqib amerikalı qəzet naşirləri Cozef Pulitzer və Uilyam Herst sensasiya və şayiələri sanki faktlar kimi çatdırmaqla auditoriya üzərində yarışırdılar, bu təcrübə o zamanlar “sarı jurnalistika” kimi tanınırdı. Nəhayət, jurnalist dürüstlüyünün olmamasına qarşı reaksiya oldu. İctimaiyyət daha obyektiv və etibarlı xəbər mənbələri tələb etməyə başladı. 

Saxta xəbərlərin bir nümunəsi “Böyük Ay Hiyləsi” idi. Nyu-Yorkun “Sun” qəzeti real həyatda olan astronom və uydurma həmkarı haqqında məqalələr dərc etdi.

Məqalələr həqiqət ola bilməyəcək qədər yaxşı yazılmışdı. Uydurma məqalələr müvəffəqiyyətlə yeni abunəçiləri cəlb etdi və növbəti ay seriyanın saxta olduğunu etiraf etdikdən sonra abunəçilik sürətlə aşağı düşdü. 

XX əsrdə saxta xəbərlər daha sürətlə yayıldı. Birinci Dünya Müharibəsi zamanı saxta xəbərlərə misal olaraq, Almaniyanın döyüş meydanında ölənlərin cəsədlərindən nitrogliserin, şamlar, sürtkü yağları, insan sabunu və digər məhsulların istehsalı üçün istifadə edilən yağlar üçün öldürüldüyü iddia edilir, “Alman Cəsədi Fabriki” ilə bağlı nağıllar uydurulurdu.

1933-cü ildə Almaniyada Hitler və Nasist Partiyası hakimiyyətə gəldikdən sonra Reyxin Maarifləndirmə və Təbliğat Nazirliyini yaratdılar. Nasistlər həm çap, həm də yayım jurnalistikasından öz gündəmlərini təbliğ etmək üçün, ya həmin mediaya sahiblik əldə etməklə, ya da siyasi təsir göstərməklə istifadə edirdilər. 
21-ci əsrdə həm saxta xəbərlərin təsiri, həm də bu terminin istifadəsi geniş vüsət aldı. 
İnternetə çıxışın artması və yayılması onun böyüməsi ilə nəticələndi. Yeni məlumatlar və hekayələr daim və həmişəkindən daha sürətli şəkildə dərc olunur. Tez-tez yoxlanış olmadığı üçün internet bağlantısı olan hər kəs tərəfindən istehlak edilə bilər. Saxta xəbərlər e-poçt vasitəsilə göndərilməkdən daha çox sosial media vasitəsilə hücuma keçdi.

21-ci əsrin saxta xəbərləri çox vaxt xəbər agentliyinin maliyyə gəlirlərini artırmaq məqsədi daşıyır. 

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökümət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən Qlobal Media və Siyasət Araşdırmaları Mərkəzinin “Xəbəri yoxlamamış inanma! Saxta xəbərlərin yayılması və onlara qarşı mübarizə tədbirlərinin təşkili” layihəsi çərçivəsində dərc olunub. Məqalədə səslənən fikirlərə görə Azərbaycan Respublikasının Qeyri-Hökümət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi heç bir öhdəlik və məsuliyyət daşımır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO