Altı mindən çox tələbəyə təhsil krediti VERİLMƏYİB - RƏSMİ

Altı mindən çox tələbəyə təhsil krediti VERİLMƏYİB - RƏSMİ

Hazırda oxunan: Altı mindən çox tələbəyə təhsil krediti VERİLMƏYİB - RƏSMİ

146860

Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı vaxtdan bu günə qədər olan kredit statistikasını açıqlayıb.

Bizim.Media Fonddan verilən məlumata istinadən xəbər verir ki, bu günə qədər 26 min 150 tələbə kredit almaq üçün müraciət edib. 

Onlardan 6606 nəfərin müraciətinə imtina cavabı verilib.

Bu günə qədər 19 min 544 nəfərə təhsil tələbə krediti (TTK) verilib. Onların arasından 7130 nəfərin müraciəti sosial TTK, 12414 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Qeyd edək ki, iyulun 20-si saat 12:00-dan etibarən 2023-2024-cü ilin payız semestri üzrə təhsil tələbə krediti müraciətlərinə başlanılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO