Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmova ağır itki üz verib.
Oxu.Az xəbər verir ki, E.Rüstəmovun dayısı professor Telman Hüseynov vəfat edib.
Qeyd edək ki, 82 yaşlı T.Hüseynov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat kafedrasının məsləhətçi professoru idi.
O, elmi nailiyyətlərinə görə 1991-ci ildə “Əməkdar iqtisadçı”x9d, 2006-cı ildə “Əməkdar müəllim”x9d fəxri adlarına layiq görülüb, 2011-ci ildə isə “Şöhrət”x9d ordeni ilə təltif edilib.
































































































