Azərbaycanda qızı qaçırılan ata xuliqanlıq etdi

Azərbaycanda qızı qaçırılan ata xuliqanlıq etdi

Hazırda oxunan: Azərbaycanda qızı qaçırılan ata xuliqanlıq etdi

146849

Gədəbəy rayonunda 1981-ci il təvəllüdlü Əsəd (adlar şərti verilib – red.) qızının qaçırılmasına etiraz olaraq polis şöbəsində xuliqanlıq edib.

Bizim.Media "demokrat.az"a istinadən xəbər verir ki, hadisə bu ilin iyulun 14-də baş verib.

Hadisə zamanı Əsəd narkotik vasitənin təsiri altında olduğu məlum olub. 

Hadisəni törədən Əsədin barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi), 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə təqsirli bilinib. 

İş üzrə izahat verən Əsədin sözlərinə görə,b evlidir və himayəsində azyaşlı uşaqları var: 

“Həqiqətən narkotik vasitədən istifadə etmişəm. İyulun 14-də qızımın qaçırılması ilə əlaqədar aparılan araşdırmaya etiraz etmək üçün sərxoş vəziyyətdə polis şöbəsinə gəldim. Orada nalayiq söyüşlər söydüm, polis əməkdaşları ilə mübahisə etdim. Törətdiyim əməldən peşmanam”. 

Gədəbəy rayon Məhkəməsinin qərarı ilə Əsəd 20 gün müddətinə inzibati qaydada həbs edilib. 

Qeyd edək ki, Əsədin yetkinlik yaşına çatmayan qızının evlənmək məqsədilə qaçırılması barədə polis şöbəsində araşdırma aparıldığı deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO