Laçına köçürülən ailələrin məşğulluğunun təminatı ilə bağlı işlərə BAŞLANILDI - FOTO 

Laçına köçürülən ailələrin məşğulluğunun təminatı ilə bağlı işlərə BAŞLANILDI - FOTO 

Hazırda oxunan: Laçına köçürülən ailələrin məşğulluğunun təminatı ilə bağlı işlərə BAŞLANILDI - FOTO 

146779

Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində doğma yurd yerlərinə - Laçın şəhərinə köçürülən sakinlərin də aktiv məşğulluq proqramları ilə əhatə olunması üçün işlərə başlanılıb. 

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib. 

Bildirilib ki, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanlarının qiymətləndirilməsi üçün onlarla görüşlər keçirilir. 

Artıq 38 ailə ilə görüşlər keçirilərək qiymətləndirmə aparılıb, onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilib. 

Bu əsasda növbəti mərhələdə Laçın sakinlərinin münasib vakansiyalar üzrə işlə təminatı, özünüməşğulluq proqramına cəlbi, eləcə də sakinlərdən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə peşə hazırlığı kurslarının təşkili işləri aparılacaq. 

Laçında fəaliyyət göstərən işəgötürənlərlə birgə müxtəlif dəstək proqramlarının həyata keçirilməsi də planlaşdırılır. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO