Bakıda 10-15 günlük küçəyə atılan uşaq barədə bəzi detallar məlum olub.
Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, uşağı Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri Q.Vəzirov küçəsində məişət tullantıları qutusunun birindən tapıb və polisə məlumat veriblər.
Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib.
Uşaq Nəsimi rayonu 1 saylı uşaq poliklinikasına müvəqqəti yerləşdirilib.
Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusuna atıb. Baş verən hadisə ərazidəki müşahidə kameralarına əks olunub.
*** 09:15
Bakıda 10-15 günlük körpə küçəyə atılıb.
Bizim.Media "report.az"a istinadən xəbər verir ki, iyulun 17-də Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətə uşaq aşkar edilib.
Daha sonra körpə 1 saylı Körpələr evinə yerləşdirilib.
Körpənin bədəninin üzərində hər hansı xəsarət izləri aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:07 / 18.07.2023
Bakıda körpəsini zibil qutusuna atan qadının kimliyi BİLİNDİ - YENİLƏNİB
Hazırda oxunan: Bakıda körpəsini zibil qutusuna atan qadının kimliyi BİLİNDİ - YENİLƏNİB
Hazırda oxunan: Bakıda körpəsini zibil qutusuna atan qadının kimliyi BİLİNDİ - YENİLƏNİB
146750
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.