Ağdamda qazi kəşfiyyatçının toy mərasimində duyğulu anlar yaşanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Vətən müharibəsi zamanı cəbhənin Tərtər istiqamətində gedən döyüşlərdə ağır yaralanmış və sağlamlığını itirmiş Təbriz Zöhrablı şadlıq evindən öncə şəhidlər abidə kompleksinə gələrək lövhə önünə gül dəstələri düzərək abidəyə təzim edib.
Kəşfiyyatçının silahdaşları isə abidə ətrafına toplaşaraq ziyarətə gələn bəy-gəlini alqışlarla qarşılayıb.
Bizim.Media olaraq həmin duyğulu anları sizə təqdim edirik:
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu