Qax rayonunun Ləkit kənd sakini 69 yaşlı Vaqif Aydınov həyətində su hovuzunu təmizləyən zaman ilan qəfildən onun saq əlindən sancıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə yerinə Təcili Tibbi Yardım avtomobili çağırılıb. Daha sonra o, Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanada Vaqif Aydınova lazımı tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub.
Xəstəxanadan bildirilib ki, 69 yaşlı sakinin vəziyyəti orta ağırdır. Həyatı ölüm təhlükəsi yoxdur.
Hazırda müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.
Son anda alınan məlumata görə, Vaqif Aydınov müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu