“Darçın” aptekdə əməliyyat keçirildi, 2 nəfərə elektron qolbaq TAXILDI

“Darçın” aptekdə əməliyyat keçirildi, 2 nəfərə elektron qolbaq TAXILDI

Hazırda oxunan: “Darçın” aptekdə əməliyyat keçirildi, 2 nəfərə elektron qolbaq TAXILDI

146642

Abşeron Rayon Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsində təqsirləndirilən Z.Ə. və X.M. (hər ikisinin ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Bizim.Media "pravda.az"a istinadən xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Ə. 2 il 6 ay və X.M. 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. 

İttihama görə, Z.Ə. “Abşeron-19” adı ilə qeydiyyatdan keçmiş “Darçın” adlı aptekdə operator, X.M. isə həmin aptekdə əczaçı vəzifəsində çalışır. 
25 aprel 2022-ci il tarixdə saat 12:44 radələrində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən “Darçın” aptekdə əməliyyat-axtarış tədbirləri keçirilib.

Aptekdəki rəfdən satış məqsədi ilə xeyli miqdarda saxlanılan “Dərman vasitələri haqqında” Azərbaycan qanununa əsasən dövlət qeydiyyatının tələb olunduğu, lakin dövlət qeydiyyatdan keçirilməmiş “Ventolin”, “Januvia”, “Nootrapil”, “Nexium”, “Estrofem”, “Paxil”, “Prednol 20mg”, “Prednol 250 mg”, “Dideral”, “Viagra”, “Cialis”, “Flagyl”, “Tamiflu 75 mg”, “Devit-3/300.000 İ.U/ml”, “Metpamid”, “Deposilin 2.400.000İU”, “Prozac 20mg”, “Femara”, “Bepanthen 500mg/2ml”, “Faviparavir 200mg”, “Zolodex 3.6mg”, “PK merz 100mg”, “Forziga 10 mg”, “Prednol 40 mg”, “Minoset 500 mg”, “Colcichum”, “Atarax”, “İsoptin”, “Lamictal 100mg”, “Alfamet 250 mg”, “Proluton”, “Xarelto 20 mg”, “Хофитол”, “Ferro sanol 100mg”, “Салофальк”, “СотаГексал”, “Натрия тиосульфат-Дарница”, “Galvusmet 50mg/1000mg”, “Norvasc 10mg” markalı dərman vasitələri aşkar edilərək götürülüb. 

İstintaq dövründə təqsirləndirilən şəxslər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 

Z.Ə. məhkəmədə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2018-ci ildə Azərbaycan Texniki Universitetinin metalurgiya fakültəsini bitirib. Xırdalan şəhərində kirayədə yaşayır. 2015-ci ildən “Darçın” apteklər şəbəkəsində çalışıb. 
Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin aptek “Zeytun” şirkəti ilə bağlanmış müqavilə əsasında çalışırmış. O, rəsmi əmək müqaviləsinə əsasən operator vəzifəsində işləyib. Həmin aptekin firma adı “Darçın”dır, lakin “Zeytun” şirkəti ilə bağlanmış müqaviləyə əsasən rəsmi adı “Abşeron-19” olub. Aptek Xırdalan şəhəri, Heydər Əliyev prospektində “AAAF” yaşayış kompleksinin əsas girişində yerləşir.

Operator olaraq onun vəzifəsinə dərmanların aptekə gətirilməsi, kompüterdə qeydiyyatının aparılması ibarət olub. 

O deyib ki, X.M. isə aptekdə əczaçı vəzifəsində çalışıb. Əsasən dərman satışını X.M. həyata keçirib, müştəri çox olanda isə o, özü də satış həyata keçirib. 2019-cu ilin əvvəllərindən Xırdalan şəhəri, Heydər Əliyev prospektində “AAAF” yaşayış kompleksində yerləşən “Abşeron-19” adlı aptekdə operator vəzifəsində işləyib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO