Qəbələnin Vəndam qəsəbəsində elektrik xətləri yararsız vəziyyətdə olduğundan 200-dən çox ailəni elektirik enerjisi ilə tam təmin edə bilmir.
Bizim.Media xəbər verir ki, sakinlər deyirlər ki, elektrik avadanlıqlarından da istifadə edə bilmirlər.
Hətta işıq dirəklərinin bəzilərinin sıradan çıxması da təhlükə mənbəyidir.
Qəbələ Elektrik şəbəkəsinin mühəndisi Gümrah Aydəmirov bildirib ki, qəsəbənin 80 faizi, yəni 2700 dən çox abonentin yaşadığı ərazidə yenidənqurma işləri başa çatıb. Sözügedən ərazi qəsəbənin ən son yaşayış məntəqəsidir ki, hazırda orada iş davam edir. Təkcə son həftədə 40-dan çox dirək basdırılıb.
“Ərazidə gərginliyin normalaşdırılması üçün transformatorun da qoyulması nəzərdə tutulub”,- deyə Qəbələ Elektrik şəbəkəsinin mühəndisi vurğulayıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Bizim.Media