Ata Abdullayev niyə erməni mətbuatına manşet oldu? – PƏRDƏARXASI ADLAR

Ata Abdullayev niyə erməni mətbuatına manşet oldu? – PƏRDƏARXASI ADLAR

Hazırda oxunan: Ata Abdullayev niyə erməni mətbuatına manşet oldu? – PƏRDƏARXASI ADLAR

14654

İndi çoxları üçün maraqlıdır ki, Paşinyana kilsədən salamat çıxması üçün yalvaran Ata Abdullayevin Azərbaycanda “daydayı” kimdir? İki cüt - bir tək sualı erməni liderinə ünvanlamağa bacarığı olmayan bir şəxsi kim belə şərəfləndirmişdi ki, Milanda, erməni kilsəsində zühur eləsin?

Suallara başlasaq, ardı-arası kəsilməz. Amma həqiqət odur ki, hətta peşəkar jurnalistlərin də “əl vurmayım, iyi dağılmasın” fəlsəfəsi ilə yanaşdığı Atadan hamı tərbiyəsiz uşaq kimi çəkinirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Ata Abdullayevi DTX saxlayıb - RƏSMİ TƏSDİQLƏNDİ


Heç şübhəsiz ki, bütün atalar nə zamansa kiminsə balası olub. Bəs Ata Abdullayev kimin “balası – layihəsi” idi ki, bu uşaq nə böyük tanıyırdı, nə də kiçik. Yetənə yetib, yetməyənə də bir daş tolazlayırdı. 

Ermənilərin “Ata sevgisi”

Bu sevgini anlamaq o qədər də çətin deyil. Və o səbəbdən də Ata Abdullayevin Azərbaycandakı həbsi Ermənistandakı mətbuatda manşetdir.

Çünki, onun qədər “özünü biabretmə kampaniyası”nı heç kim uğurla apara bilməzdi, onu Ata Milanda öz başbilənlərinin göstərişi ilə “əla” icra etdi. Erməni niyə sevməsin Azərbaycanın pulu ilə erməni ideoloji xəttinə yardım edən belə bir şəxsi?

Onu məşhurlaşdıran elə onun özünə oxşayan, sözünü-danışığını bilməyən, bu gün dediyini sabah təkzib edən Nikol can olmadımı? O məsum Milan görüşü, iki dırnaqarası liderin məşhur debatı heç kimin yadından çıxmayıb. Ermənilər heç unutmaz.

Çünki Ata Abdullayev Nikola yalvarmaqla sanki məğlubedilməz Ermənistan ordusu "mif"ini təsdiqləyirdi.

Paşinyanın o görüşünü möhtəşəm etməyi görəsən, Azərbaycan tərəfdən kim üzərinə götürmüşdü? Nikola gözəl tost demək, demokrat imici yaratmağa kim şərait yaratmışdı? 

Sualların “Atası”

Dedim axı, çözüldükcə daha çox sual çıxır ortaya.  

Suallardan biri də odur ki, Ata Paşinyanın görüşü haqda necə xəbər tutub? Çünki ölkə başçılarının səfər xəbəri yayılsa da, görüş informasiyası müvafiq tədbir başladıqdan sonra yayılır. Amma Ata Abdullayev "Ələddinin lampasındakı cin" kimi hardasa qəfil peyda ola bilir.

Ehtimallardan biri odur ki, videobloger erməni sifarişi ilə çalışır, ya da çalışanların sifarişini yerinə yetirir. Çünki Nikol olan kilsəyə hansı sənədlə daxil olduğu və Paşinyan mühafizəçilərinin ona niyə icazə verdiyi məlum deyil.

Onun daşnaklara bağlı olduğu ortaya çıxanda qeyri-rəsmi başqa bir xəbər yayıldı ki, Abdullayevi Bakıdan kimsə diplomatik pasportla təmin edərək İtaliyaya yollayıb.

Bu informasiya təsdiqlənməsə də, xatırladaq ki, o dövrdə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov idi.

Ata Abdullayev daşnakların adamıdır, yoxsa Elmar Məmmədyarovun? Digər şübhələrə nəzər yetirəndə başqa adlar da qabarır.

Atanın “ATA”sı kim?

Ata Abdullayevin adını və himayəsini ən çox Prezident Administrasiyasının keçmiş şöbə müdiri, yeyinti ittihamlarından qabaq ürəyini tutub Türkiyəyə gedən, YAP qurultaydan öncə ağzı əyilən Əli Həsənovla əlaqələndirirlər.

Çünki Əli Həsənovun Niderlanddakı Orduxan Teymurxanı da maliyyələşdirdiyi barədə söz-söhbət gəzir.

YAP qurultayından sonra Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev də Ata Abdullayevə "ata"lıq edənlərin şübhəli siyahısına düşdü. Lakin həmin müsahibədə iştirak etdiyimiz üçün bu ehtimalları təsdiqləyəcək simptomun şahidi olmadıq.

Ata Abdullayevi AXCP rəhbəri Əli Kərimli ilə də birləşdirən duyğusal bağlar var. Axı Əli Kərimlinin zərərçəkən, məzlum cildi almağına ən çox yardım edənlərdən biri Ata Abdullayevdir. Amma Ata Abdullayevə verilən "yaşıl işıq" Əli Kərimlini aşır.

Ata Abdullayevin himayədarı qədər, hələlik saxlanılma səbəbi də müəmmalıdır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO