Qaxda Şahmat Olimpiadası başa çatdı - FOTO

Qaxda Şahmat Olimpiadası başa çatdı - FOTO

Hazırda oxunan: Qaxda Şahmat Olimpiadası başa çatdı - FOTO

146539

Qax şəhərində 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasının bağlanış mərasimi keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Şahmat Federasiyasının prezidenti və FİDE-nin vitse prezidenti Mahir Məmmədov iştirak edib.

Qeyd olunub ki, ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi, idmanın da inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycanda idmanın, o cümlədən şahmatın inkişafı hər zaman dövlətimizin diqqtindədir və gənclərin bu sahəyə yönəlməsi, məşğul olması üçün hər cür şərait mövcuddur.

Diqqətə çatdırılıb ki, bir həftə davam edən Olimpiada 11 turdan ibarət İsveçrə sistemi ilə keçirilib. Olimpiada da idmançılar A və B qrupunda mübarizə aparıblar. 

Qaliblər şəxsi və komanda hesabı ilə diplom, medal və pul mükafatı ilə mükafatlandırılıb. 

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışda respublikamızın 45 şəhər və rayonunu təmsil edən 486 şahmatçı mübarizə aparıb. 



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO