Yazıçı-jurnalist Kəramət Böyükçöl feministlərin növbəti səsyazmasını yayıb.
Bizim.Media xəbər verir ki, özünün “Facebook” hesabnda yaydığı səsyazmada bir qrup feminist qadınların fəaliyyətləri ilə bağlı açıq etirafları və xaricdən qrant aldıqlarına dair təsdiqi fikirlər əks olunub.
MÖVZU İLƏ BAĞLI:
Kəramət Böyükçöl feministləri belə ifşa etdi – SƏSYAZISI
Qeyd edək ki, yazıçının feminist qadınlarla qalmaqalı davam edir. Yazıçının günlərdir sosial hesabında ailəsinin dağılmasında günahlandırdığı feministlərlə deyişməsi və əks-çıxışları bitmək bilmir.
Kəramət Böyükçöl həmin qadınların hamısının işinin ailə dağıtmaq olduğunu, dolanışıqlarının bundan çıxdığını, dağıtdıqları ailələrin sayına görə xaricdən qrant aldıqlarını iddia edir.
Eyni zamanda öz ailəsinin dağılmasında da birbaşa onları günahkar görür.
Bizim.Media səsyazmanı təqdim edir:
Alçina Amilqızı, Bizim.Media