Polad Həşimovun xatirəsi doğulduğu Qəbələ rayonunda YAD EDİLDİ – FOTO  

Polad Həşimovun xatirəsi doğulduğu Qəbələ rayonunda YAD EDİLDİ – FOTO  

Hazırda oxunan: Polad Həşimovun xatirəsi doğulduğu Qəbələ rayonunda YAD EDİLDİ – FOTO  

146447

Bu gün Azərbaycanın Milli qəhrəmanı, general-mayor Polad Həşimovun doğulduğu Qəbələ rayonunda anım mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, Qəbələ şəhər Mədəniyyət Mərkəzində baş tutan anım mərasimində  rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, qazilər, Polad Həşimovun döyüş yoldaşları, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə  Azərbaycanın Dövlət Himni səslənib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Tədbirdə çıxış edənlər milli qəhrəmanın həyatından, döyüş yolundan və 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qələbəsindən bəhs ediblər.Qəbələ Mədəniyyət Mərkəzinin aktyorlarının və məktəblilərin ifasinda Polad Həşimova həsr olunmuş mahnılar və şeirlər səsləndirilib..  

Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova çıxış edərək general haqqında öz xatirələrini danışıb, tədbirin hazırlanmasında zəhməti olan hər kəsə təşəkkür edib.   

Sonda Azərbaycanın  Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun həyat və fəaliyyəti haqqında video-çarx nümayiş etdirilib. 
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO