General-mayor Polad Həşimovun şəhid olduğu anla bağlı görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Tovuz döyüşlərinin iştirakçısı şahid olduğu hadisəni danışb.
“General-mayor Polad Həşimov düşmənin mövqeyini müşahidə edən zaman sağ tərəfdən iri çaplı snayperdən atəş açıldı. Mərmi Polad Həşimovun oturduğu yerdə başının üzərindən təxminən 50 sm yuxarıda təkərə dəyərək istiqamətini dəyişdi. Novruz Məmmədovdan soruşdu: “Neçə mərmi qalıb?” Novruz Məmmədov isə “Cənab general 7-8 mərmi qalıb” Polad həşimov isə “bu mərmiləri də at çıxaq” deyə cavab verdi. Mərmilər atılan vaxt mənə səsləndi və söz ağzında qaldı”- deyə hadisə şahidi danışıb.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı, səngər generalı Polad Həşimovun şəhadətə ucalmasından 3 il ötür.
Bizim.Media