“Qəbul imtahanlarında yüksək bal toplayanlar yüksək vəzifələrdədir” - Məleykə Abbaszadə

“Qəbul imtahanlarında yüksək bal toplayanlar yüksək vəzifələrdədir” - Məleykə Abbaszadə

Hazırda oxunan: “Qəbul imtahanlarında yüksək bal toplayanlar yüksək vəzifələrdədir” - Məleykə Abbaszadə

146355

20 il əvvəl qəbul imtahanlarında yüksək bal toplayan gənclər bu gün böyük vəzifələrdədir.

Bizim.Media xəbər verir ki, bunu bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə üçüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində söyləyib.

"Bu gün burada ən yüksək nəticə göstərən gənclər finala çatıb. Bu, qəbul imtahanlarında göstərdiyiniz yüksək nəticələrin göstəricisi, yüksəlişin bünövrəsidir. Bu il Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 100 illiyi qeyd olunur. O, dahi insan idi. Heydər Əliyev 2001-2002-cu illərdə qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlərlə görüşmüşdü. Artıq 20 il ötüb və biz bu il o insanlarla təkrar görüşdük, müsahibə aldıq.

Hər birinizə o müsahibələri izləməyi tövsiyə edirəm. Hər müsahibə bir təcrübə, həyat yoludur. Ulu Öndərin həmin görüşdə səsləndirdiyi fikirləri indi də aktualdır. O, daim Azərbaycan gəncliyi haqqında fikirləşirdi.Bu gün həmin gənclər böyük vəzifələrdədir, öz sahələrində sözlərini deyən şəxsiyyətə çevriliblər”.
Xatırladaq ki, fevralın 17-dən qeydiyyatına start verilən üçüncü “Yüksəliş” müsabiqəsinə 13 min 474 iştirakçı müraciət edib. Müsabiqənin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO