Bakı şəhərinin Sabunçu rayonu Qızılqum çimərliyi ərazisində 1 nəfər qadının dənizdə batma təhlükəsində olması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bizim.Media dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Qızılqum” dalğıc-axtarış qrupu cəlb edilib.
Xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1974-cü il təvəllüdlü vətəndaş dalğıclar tərəfindən xilas edilərək həkim briqadasına təhvil verilib.
Bizim.Media