Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində ibtidai sinif və musiqi fənləri ən yüksək balı toplayan müəllimlərin adları açıqlanıb.
Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən Bizim.Media-ya bildirilib ki, test imtahanı mərhələsində ibtidai sinif üzrə ən yüksək balı İpək Xanlayeva (92,5), Sevinc Hacıyeva (90) və Zəminə Abdullayeva (90), musiqi fənni üzrə isə ən yüksək balı Gülay Həsənli (95), Cəmilə Süleymanova (93,25) və Səbinə Məmmədova (92,5) toplayıblar.
Qeyd edək ki, imtahanda toplanılması mümkün olan maksimal bal 100-dür.
Xatırladaq ki, test imtahanlarına ibtidai sinif müəllimliyi üzrə 11004, musiqi fənni üzrə isə 3255 namizəd dəvət olunub.
Əlli səkkiz minə yaxın namizədin iştirak etdiyi test imtahanları iyulun 11-dən 15-dək ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.
Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:20 / 14.07.2023
MİQ-də yüksək nəticə göstərən namizədlər - FOTO
Hazırda oxunan: MİQ-də yüksək nəticə göstərən namizədlər - FOTO
Hazırda oxunan: MİQ-də yüksək nəticə göstərən namizədlər - FOTO
146280
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.