Qubada vəzifəli şəxs CƏRİMƏLƏNDİ - FOTO

Qubada vəzifəli şəxs CƏRİMƏLƏNDİ - FOTO

Hazırda oxunan: Qubada vəzifəli şəxs CƏRİMƏLƏNDİ - FOTO

146231

Quba rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Quba  Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Möhüc kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə Möhüc kənd bələdiyyə sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Aytəkin Alxaslı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO