Bu gün Polad Həşimovun şəhid olmasından üç il ÖTÜR 

Bu gün Polad Həşimovun şəhid olmasından üç il ÖTÜR 

Hazırda oxunan: Bu gün Polad Həşimovun şəhid olmasından üç il ÖTÜR 

146161

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini - Qərargah rəisi Polad Həşimovun şəhadətə ucalmasından üç il ötür.

Bizim.Media xəbər verir ki, onunla birlikdə polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir Yaşar Babayev də şəhid olublar.

Qeyd edək ki, 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşləri zamanı Azərbaycan ordusunun 12 hərbçisi və 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb. 

Xatırladaq ki, Vətən Müharibəsindəki şanlı qələbədən sonra 2020-ci il dekabrın 9-da Ali Baş Komandanın sərəncamı ilə Polad Həşimovla İlqar Mirzəyevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
2021-ci il mayın 7-də Bakıda Pavel Naximov küçəsinin adı Polad Həşimov olaraq dəyişdirilib. 2021-ci il iyulun 22-də Bakının Xətai rayonunda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını daşıyan park istifadəyə verilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO