134 nəfər dövlət orqanlarında işə düzəldi – İmtahandan “5” alıblar

134 nəfər dövlət orqanlarında işə düzəldi – İmtahandan “5” alıblar

Hazırda oxunan: 134 nəfər dövlət orqanlarında işə düzəldi – İmtahandan “5” alıblar

14614

Ümumilikdə 52 dövlət orqanında 250 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il dekabrın 10-da elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

Bizim.Media DİM-ə istinadən xəbər verir ki, martın 13-ü saat 11:10-a olan göstəricilərinə əsasən, müsahibədə 134 nəfər uğur qazanıb.

Onlardan 27-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 20-si Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 17-si Şəki Apelyasiya Məhkəməsində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Qeyd edək ki, müsahibədə iştirak üçün 2006 nəfər sənəd verib. Müsahibə aprelin 16-da başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO