Oxbridge Akademiyasının 5-ci sinif şagirdi Surxay Məmmədyarov qızıl medal ilə vətənə qayıtdı

Oxbridge Akademiyasının 5-ci sinif şagirdi Surxay Məmmədyarov qızıl medal ilə vətənə qayıtdı

Hazırda oxunan: Oxbridge Akademiyasının 5-ci sinif şagirdi Surxay Məmmədyarov qızıl medal ilə vətənə qayıtdı

146134

“Global Olympic Center”in təşkilatçılığı ilə Azərbaycanın müxtəlif məktəblərindən ibarət istedadlı şagirdlər iyulun 9-13-ü aralığında ABŞ-ın Nyu-York ştatında Beynəlxalq Kopernikus Olimpiadasının riyaziyyat üzrə qlobal mərhələsində ölkəmizi təmsil ediblər.

Bizim.Media xəbər verir ki, komandamız müxtəlif yaş qrupundan 60 şagirddən ibarət olub. Belə ki, Azərbaycan 5 kateqoriya üzrə təmsil olunub.

İyulun 10-da Kalumbiya Univeristetində açılış mərasimi təşkil olunub. Komandamız dövlət himnimizin sədaları altında səhnəyə çıxıblar. Riyaziyyatçılarımız beynəlxalq turnirdə 22 ölkə ilə yarışıb. 

Qeyd edək ki, olimpiadanın qlobal mərhələsi iyulun 11-də, mükafatlandırma mərasimi isə 12 iyul tarixində keçirilib. 

Mükafatlandırma tədbirində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim video çıxış edərək, iştirakçıları və Azərbaycan komandasını təbrik edib və uğurlar arzulayıb. 

Nəticədə ölkəmiz 7 qızıl, 23 gümüş və 13 bürünc medalla olimpiadanı başa vurub.

Oxbridge Akademiyasının 5-ci sinif şagirdi Surxay Məmmədyarov da qızıl medal ilə vətənə qayıdıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO