Laçında növbəti 23 ailəyə evlərinin açarları təqdim edildi

Laçında növbəti 23 ailəyə evlərinin açarları təqdim edildi

Hazırda oxunan: Laçında növbəti 23 ailəyə evlərinin açarları təqdim edildi

146119

Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan və Laçına çatan növbəti 23 ailə öz evinin açarlarını təhvil alıb.

Bizim.Media xəbər verir ki, Laçın şəhərinə doğma sakinlərinin geri dönüşü davam edir.

Növbəti köç karvanı ilə daha 23 ailə Laçına çatıb. Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara öz evlərinin açarları təqdim olunub.

Bununla da, Laçın şəhərində 93 ailə, yəni 351 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO