Qadın sürücülər kişilərdən daha çox QƏZA TÖRƏDİRLƏR?

Qadın sürücülər kişilərdən daha çox QƏZA TÖRƏDİRLƏR?

Hazırda oxunan: Qadın sürücülər kişilərdən daha çox QƏZA TÖRƏDİRLƏR?

146079

Ölkəmizdə əksəriyyət arasında belə bir fikir formalaşıb ki, qadın sürücülər kişilərdən daha çox qəza törədirlər. 

Bəs, bu fikir nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında sürücülük üzrə təlimçi Aqil Rəhimov qeyd edib ki, onun müşahidələrinə görə kişilər qadınlardan daha diqqətsiz olduqları üçün daha çox qəza törədirlər:

“Məncə sürücüləri qadın və kişi olaraq ayırmaq düzgün deyil. Yaxşi sürücü, pis sürücü, diqqətli və ya diqqətsiz sürücü var. Yenə də, ümumi olaraq nəzər salsaq, məncə qadınlar sükan arxasında kişilərdən daha ehtiyatlıdır. Onlarda evə sağ-salamat  çatmaq məsuliyyəti olduğuna görə özünü qoruma hissi güclüdür. 
Kişilərdə isə həmişə birinci olmaq hissi olur ki, nəticədə bu qəzalara səbəb olur. Faiz etibarilə kişilər daha çox qəza şəraiti yaradırlar. Başqalarına yol verməmək, dönmə işıqlarını yandırmamaq və s. kimi hallarz kişi sürücülərdə tez-tez təsadüf edilir”

Röyanə Oğuz, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO