“Təlimçilərin özləri yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar” – Ekspertdən SƏRT TƏNQİD

“Təlimçilərin özləri yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar” – Ekspertdən SƏRT TƏNQİD

Hazırda oxunan: “Təlimçilərin özləri yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar” – Ekspertdən SƏRT TƏNQİD

146078

“Ölkəmizdə sürücülük kursları ilə bağlı hazırda vəziyyət o qədər də yaxşı deyil. Çünki bu gün sürücülük kursları sadəcə ilkin təlimlər verir. O kursların da böyük əksəriyyətinin bir papkası, bir də özü var. Heç bəzən papkası da olmur. İnternet və sosial şəbəkələrdə paylaşım edilir ki, təlim keçirəm və beləcə müştəri cəlb edirlər”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ekspertdən XƏBƏRDARLIQ: “Qadın təlimçilərin 70%-i qeyri-peşəkardır”


Onun sözlərinə görə, bu cür kurslar əsasən xanımları yanlış təlimlərə cəlb edirlər:

“Təlimçilər adətən, sürücü olmaq istəyən xanımlara təlim keçirlər. Biz onların keçdiyi təlimlərə baxıb dəhşətə gəlirik. Çünki yol hərəkəti qaydalarını çox kobud şəkildə pozurlar. Dəfələrlə deyilməsinə baxmayaraq, mobil telefonunu əlindən yerə qoymur, çəkiliş, canlı yayım aparırlar. Yol hərəkəti haqqında qanun təlimçinin sükan arxasında olarkən mobil telefondan istifadə etməsini qadağan edir. 

Bununla bağlı konstitusiyada da izah verilir. Onlar bunu dərk etmir, qavramırlar. Yaxud da bununla razılaşmaq istəmədiyindən müəyyən problemlər yaradırlar. Keçirilən təlimlərdən sonra vəziyyət isə ürəkaçan deyil”.

Elməddin Muradlı bildirir ki, təlimçilərin sertifikatlaşdırmaması və bu mövzuda qanunların düzgün icra olunmaması hazırki problemlərin əsas səbəbdir:

“Bununla bağlı “Yol hərəkəti təhlükəsizliyinə dair” Dövlət Proqramında müddəa vardı ki, təlimçilərin özləri təlimlərə cəlb olunsun, sertifikatlaşdırılsın. Ancaq bu hələdə reallaşmayıb. Bu gün iş tapa bilməyən,  əlində maşın olan istənilən insan təlimçi olur. Bu isə çox absurd yanaşmadır”.

Röyanə Oğuz, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO