''Məcburi köçkünlərin qayıdışı könüllü olacaq'' - Qaçqınkom

''Məcburi köçkünlərin qayıdışı könüllü olacaq'' - Qaçqınkom

Hazırda oxunan: ''Məcburi köçkünlərin qayıdışı könüllü olacaq'' - Qaçqınkom

14607

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakıda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.

Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri haqqında qonağa məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Böyük qayıdış üzrə İşçi Qrup yaradıldı - SİYAHI


Qeyd edilib ki, onların sosial problemlərinin həllini daim xüsusi diqqət yetirilir.

Bildirilib ki, məcburi köçkünlərin mütləq əksəriyyəti ötən il işğaldan azad edilmiş ərazilərə - öz daimi yaşayış yerlərinə qayıtmaq istəyir.

Könüllülük prinsipi ilə həyata keçiriləcək qayıdış prosesi həmin ərazilərdə təhlükəsizlik və laqyiqli həyat şəraiti təmin edildikdən sonra başlanacaq.

Prezidentin tapşırıqlarına əsasən, hazırda dövlət qurumları bununla bağlı məsələləri həll etmək məqsədilə əlaqəli fəaliyyət göstərirlər.

Görüşdə qaçqınlıq və məcburi köçkünlüklə bağlı məsələlərin həllində beynəlxalq təcrübənin müxtəlif aspektləri, bunların ölkəmizdə tətbiqi imkanları barəsində fikir mübadiləsi aparılıb.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar səmimi qəbula görə təşəkkür edib. O, işğaldan azad olunmuş ərazilərin minalardan və digər partlayıcı hərbi sursatlardan təmizlənməsinin mühüm məsələ olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO