İşğaldan azad olunmuş ərazilərdə “Böyük qayıdışın” təmin edilməsi üçün Azərbaycan dövləti tərəfindən kompleks fəaliyyət planlarının hazırlanması ilə bərabər artıq bu istiqamətdə olduqca əhəmiyyətli praktiki fəaliyyətlərə də başlanılıb.
Bu məqsədlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb.
Bizim.Media xəbər verir ki, görüş zamanı Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi fəaliyyəti və Tərtər rayonu ərazisində xüsusilə rayonunun işğaldan azad olunmuş ərazilərində torpaq tədqiqatları aparmaq məqsədi ilə qarşılıqlı iş prinsipi haqqında müzakirələr aparılıb.
Həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Tərtər rayonunun elmi tədqiqat müəssisələri arasında birgə əməkdaşlığın yaradılması, elmi araşdırmaların təşkili məsələləri müzakirə olunub.
Daha sonra ərazidə əkinə yararlı torpaqlarda bağaltı, taxılaltı sahələrindən torpaqların qiymətləndirilməsi məqsədi ilə analiz üçün torpaq nümunələri götürülüb.
Tərtər rayonunun Şıxarx qəsəbəsi və işğaldan azad olunmuş Çaylı kəndi ərazisindən monitorinq məqsədi ilə torpaq nümunələri götürülmüş və ərazi vizual olaraq tədqiq edilib.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:10 / 13.07.2023
Qarabağda torpaq tədqiqatları işləri APARILIR – FOTO
Hazırda oxunan: Qarabağda torpaq tədqiqatları işləri APARILIR – FOTO
Hazırda oxunan: Qarabağda torpaq tədqiqatları işləri APARILIR – FOTO
146058
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.