“Caspian Hotel”də kütləvi DAVA

“Caspian Hotel”də kütləvi DAVA

Hazırda oxunan: “Caspian Hotel”də kütləvi DAVA

146025

Bakının Xəzər rayonunda 1980-ci il təvəllüdlü Möhübbət dəniz sahilində yerləşən “Caspian Hotel”də Alman və Elçin adlı şəxslərə xəsarət yetirib. 

Bizim.Media "demokrat.az"a istinadən xəbər verir ki, Möhübbət tanışları Seymur adlı şəxs və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxs ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozaraq, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan hərəkətlər edib. 

Bu zaman Möhübbət 9 avqust 2022-ci ildə, saat 03.30-da  Türkan qəsəbəsində yerləşən “Caspian Hotel”də kafedə müştəri qismində olarkən musiqi sifarişi ilə bağlı dicey ilə mübahisə edən Elçinə heç bir əsaslı səbəb olmadan yumruqla üz və çiyin nahiyələrinə qəsdən vurub. Ona xəsarətlər yetirib. 

Bununla kifayətlənməyən Möhübbət Elçinin yanında olan tanışı Almana özündə olan bıçaqla iki dəfə vurub. 

Hadisəni törədən Möhübbətin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 

“Caspian Hotel”də kütləvi DAVA

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Möhübbət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, əməlindən peşman olduğunu deyib. 

İş üzrə zərərçəkmiş Alman bildirib ki, hadisə günü, gecə saat 02 radələrində Türkan qəsəbəsində yerləşən “Caspian Hotel”də yerləşən kafeyə gediblər: 

“Həmin kafeyə tanışım Elçin, Şəmşad, Rövşən ilə birlikdə getmişdim. Həmin kafedə Elçin, Şəmşad, Rövşən ilə bir stol ətrafında oturub pivə içməyə başladıq. Həmçinin orada tanışım Vüsalı da gördüm. Həmin vaxt Elçin diceyə 3 manat verdi, mahnı sifariş verdi.

Mahnı yarımçıq kəsildiyi üçün Elçin diceyə öz etirazını bildirdi. Elçini sakitləşdirib kafedən çölə çıxardım.

Bu zaman tanımadığım şəxslər həmçinin sonradan adını bildiyim Möhübbət adlı şəxs Elçini itələdi, “nə qışqırırsan” dedi. Sonra yumruqla Elçini üz nahiyəsinə vurdu. Elçin yerə yıxıldı. Elçini yerdən qaldırmaq istəyəndə gördüm ki, əlimdən qan gəlir. Lakin kimin vurduğunu görməsəm də, ayağa qalxanda Möhübbət adlı şəxsin əlində bıçaq olduğunu gördüm. Sonra aralaşıb getdik”. 

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Möhübbətin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. 

Ona 1 il 6 ay müddətə sınaq olmaqla 2 il şərti cəza təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO