Ali Attestasiya Komissiyası Elmi dərəcələri satan şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi xəbərlərinə münasibət bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından Bizim.Media-ya bildirilib ki, Komissiyanın nəzdində 25 elm sahəsi üzrə 15 ekspert şurası fəaliyyət göstərir.
Ekspert şuralarının fəaliyyəti müstəqildir və onların tərkibinə Komissiyanın əməkdaşları olmayan müxtəlif müəssisələrdən cəlb olunmuş ekspertlər daxil edilir. Hazırda ekspert şuralarının fəaliyyətinə elmi müəssisə və təşkilatlardan, ali təhsil müəssisələrindən müvafiq elm sahələri üzrə 300-dən çox yüksəkixtisaslı mütəxəssis-ekspert cəlb edilmişdir.
Ekspert şuralarının fəaliyyətinin səmərəliliyini artırmaq, o cümlədən çatışmazlıqların, neqativ halların qarşısını almaq məqsədilə onların tərkibi mütəmadi olaraq yenilənir.
"Azərbaycan Respublikasının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 12 iyul 2023-cü il tartixində dərc edilmiş məlumatda adı çəkilən iqtisad elmləri doktoru, professor Şəfa Əliyev Komissiyanın əməkdaşı deyil, Sumqayıt Dövlət Universitetinin professoru vəzifəsində çalışır və Komissiyanın Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə İqtisad elmləri üzrə ekspert şurasının üzvü və elmi katibi təyin edilmişdir.
Komissiya onun nüfuzuna xələl gətirə biləcək bu kimi neqativ halların müəyyən edilməsində maraqlıdır və konkret bu işin obyektiv araşdırılmasında müvafiq qurumlara lazımi dəstək göstərəcəkdir", - deyə məlumatda qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:17 / 12.07.2023
Elmi dərəcələri satan şəxs Ali Attestasiya Komissiyasının əməkdaşı deyil - RƏSMİ
Hazırda oxunan: Elmi dərəcələri satan şəxs Ali Attestasiya Komissiyasının əməkdaşı deyil - RƏSMİ
Hazırda oxunan: Elmi dərəcələri satan şəxs Ali Attestasiya Komissiyasının əməkdaşı deyil - RƏSMİ
145900
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.