2023-cü ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin iyun ayına nisbətən 109,8 faiz təşkil edib.
Bizim.Media Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, iyun ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma və minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi xidmətlərinin qiymətlərində baş verib.
Ucuzlaşma isə respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:28 / 12.07.2023
Bu il taksi xidmətləri kəskin BAHALAŞIB
Hazırda oxunan: Bu il taksi xidmətləri kəskin BAHALAŞIB
Hazırda oxunan: Bu il taksi xidmətləri kəskin BAHALAŞIB
145894
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.