”Süni gölün yaradılması aidiyyəti qurumlarla razılaşdırılmayıb” - Komissiya sədri  

”Süni gölün yaradılması aidiyyəti qurumlarla razılaşdırılmayıb” - Komissiya sədri  

Hazırda oxunan: ”Süni gölün yaradılması aidiyyəti qurumlarla razılaşdırılmayıb” - Komissiya sədri  

145881

"Söyüdlüdə və Gədəbəydəki digər çaylarda sionid və digər ağır metallar aşkarlanmayıb". 

Bizim.Media xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın sədri Muxtar Babayev bildirib. 

Muxtar Babayev deyib ki, toksiki maddələr üçün çay məcrası yaxınlığında süni gölün yaradılması aidiyyəti qurumlarla razılaşdırılmayıb: 

“Vahid monitorinq nəzarət sisteminin qurulması ilə bağlı vahid plan olmayıb, sionid və digər ağır metalların təsirinin minimuma endirilməsi, ətrafda iy-qoxunun aradan qaldırılması üçün vacib tədbirlər görülməyib. Göl ətrafında lazımi maneələr quraşdırılmayıb. Sanitar-mühafizə zonası müəyynələşdirməyib, hasar çəkilməyib. Söyüdlü kəndində də şirkət tərəfindən sosial layihələr həyata keçirilməyib". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO