“İyunun 21-də Prezidentin tapşırığı ilə Baş nazirin sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb”.
Bizim.Media xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın sədri Muxtar Babayev bildirib.
Muxtar Babayev deyib ki, iyunun 22-də və 27-də Komissiya üzvləri kənd sakinləri ilə görüş keçirib, texnoloji proseslə tanış olub, o cümlədən tullantı suları üçün tikilmiş gölün monitorinqi aparılıb:
“Səhiyyə, sağlamlıq məsələləri ilə bağlı TƏBİB-in, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq strukturların əməkdaşları ora səfər edib. Kənd sakinlərində narahatlıq vardı ki, göldən gələn havanın qoxusu onların sağlamlığına neqativ təsir göstərə bilər. İlk gündən havanın keyfiyyətinin nəticələrini əhaliyə çatdırmağa çalışdıq. Hava monitorinqi nəticəsində, təhlükəli maddələrin normadan artıq olmaması, hava keyfiyyətinə təsir etmədiyi məlum oldu”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:11 / 12.07.2023
Muxtar Babayev: "Söyüdlünün havasında təhlükəli maddələr normadan artıq deyil"
Hazırda oxunan: Muxtar Babayev: "Söyüdlünün havasında təhlükəli maddələr normadan artıq deyil"
Hazırda oxunan: Muxtar Babayev: "Söyüdlünün havasında təhlükəli maddələr normadan artıq deyil"
145877
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.