Novxanıda baş verən qətllə bağlı prokurorluqdan AÇIQLAMA

Novxanıda baş verən qətllə bağlı prokurorluqdan AÇIQLAMA

Hazırda oxunan: Novxanıda baş verən qətllə bağlı prokurorluqdan AÇIQLAMA

145839

İyulun 11-i saat 21 radələrində 1977-ci il təvəllüdlü Şahlar Qasımovun kəsici-deşici xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Abşeron rayon prokurorluğu yayıb.

Araşdırma zamanı 1980-ci il təvəllüdlü Cavanşir Əliyevin Abşeron rayonu Novxanı kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı qonşusu Şahlar Qasımova bıçaqla sol ayağından xəsarət yetirməsi nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cavanşir Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO