Xalq rəssamı Fazil Nəcəfov vəfat etdi

Xalq rəssamı Fazil Nəcəfov vəfat etdi

Hazırda oxunan: Xalq rəssamı Fazil Nəcəfov vəfat etdi

145836

Azərbaycanın Xalq rəssamı Fazil Nəcəfov 88 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Mədəniyyət Nazirliyi yayıb.

Mənbə onun iyulun 11-də dünyasını dəyişdiyini qeyd edib.

Xatırladaq ki, Fazil İmamverdi oğlu Nəcəfov 16 fevral 1935-ci ildə Bakı şəhərində anadan olub.

1955-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1961-ci ildə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutunu bitirib.

Fazil Nəcəfov "İçərişəhər qadınları", "Ana", "Korların nəğməsi", "Teatr", "H.B.Vəzirov", "Səhər", "Həyatın mərtəbələri", "Zamanın oyunları", "Fortuna", "Qulyabani", "Qoca", "Qız", "Gənc qadın", "Çılpaq qadın", "Qadın", "Oturmuş qadın", "Qara ay", "Korlar", "Mələk", "Həyatın mərtəbələri", "Zamanın sədası", "Söhbət", "İstirahət edən qoca", "Minillik insan", "İbadət", "Əkizlər", "Fontan" kimi əsərlərin müəllifidir.

2014-cü ildə Fazil Nəcəfov Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini yaradıb.

O, 2015-ci ildə Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) dəstəyi ilə 56-cı Venesiya Biennalesində 8 əsəri ilə iştirak edib.

F.Nəcəfov 7 may 1988-ci ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi", 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. Rəssam 15 fevral 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO