Azərbaycanda bu sahibkarlar cərimələnəcək

Hazırda oxunan: Azərbaycanda bu sahibkarlar cərimələnəcək

145831

Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri sisteminin (HACCP) məcburi tətbiqinə dair texniki normativ hüquqi akt layihəsi hazırlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Qida təhlükəsizliyi haqqında" Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair keçirilən mətbuat konfransında bildirib.

Q.Təhməzli deyib ki, istehsal və emal fəaliyyətini həyata keçirən iri sahibkarlıq subyektləri "Qida təhlükəsizliyi haqqında" Qanun qüvvəyə mindikdən 2 il, kiçik və orta sahibkarlıq subyektləri 4 il, mikro sahibkarlıq subyektləri isə 6 il sonra HACCP sistemini tətbiq etməlidirlər.

AQTA sədri vurğulayıb ki, iri sahibkarlıq subyektləri 2 il ərzində HACCP sisteminin tətbiqini başa çatdırmalıdırlar: 

"Bu müddətdən sonra yoxlamalar HACCP prinsipləri əsasında hazırlanmış yoxlama sualları əsasında aparılacaq və bu sistemin tətbiq olunmaması ciddi nöqsan kimi qəbul ediləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO