Millət vəkillərindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə SƏRT TƏNQİD

Millət vəkillərindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə SƏRT TƏNQİD

Hazırda oxunan: Millət vəkillərindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə SƏRT TƏNQİD

145830

Xəbər verdiyimiz kimi iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib. 
Müşavirədə dövlət başçısı sosial-iqtisadi həyatımızın bütün sahələrinə toxunub, uğurları təqdir edib, nöqsanlar barədə kəskin fikirlər söyləyib. 

İlham Əliyev iyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən xoşagəlməz hadisələrlə bağlı da fikirlərini bölüşüb. Məsələ ilə bağlı yol verilən yanlışları tənqid edən Prezident lazımi tapşırıqları da verib.

Mövzu ilə bağlı Bizim.Media millət vəkillərimizin mövqeyini öyrənib. 

Deputat Etibar Əliyev bildirib ki, Söyüdlüdə məlum hadisə baş verəndə bu məsələ Milli Məclisdə də geniş müzakirə olundu:

“Mən çıxış edərək Nazirliyi çox kəskin tənqid etdim. Nazir Muxtar Babayev Cənab Prezidentin qeyd etdiyi kimi doğrudan da bu məsələdə passiv mövqe nümayiş etdirdi. Mən o zamankı çıxışımda nazirin çıxışından da sitat gətirmişdim. 

Nazir deyirdi ki, “getdik baxdıq həm hava, həm də su nümunələri götürdük. Torpaq nümunələrinin öyrəniməsi üçün xüsusi maşın da gətirmişik. Xüsusi cihazlarla havanın keyfiyyətini yoxladıq. Qorxulu amillər yoxdur”. Mən hələ o zamankı çıxışımda sual vermişdim ki, hadisədən əvvəl niyə həmin maşınınız işləmirdi?!” 

Millət vəkili billdirdi ki, dövlət başçısının dünənki çıxışı bütün cəmiyyət tərəfindən yüksək qarşılanıb:

“Cənab Prezident bütün çıxışlarında vurğulayır ki, şəffaflıq olsun, hesabatlılıq olsun, ictimai iştiraklılıq genişlənsin. İctimai iştirak institutu inkişaf etsin. Ancaq çox təəssüf ki, bu gün ictimai iştirakçılıq institutu istənilən səviyyədə deyil. Bütün məmurlar öz sahələrini incəliyinə qədər öyrənməli və bilməlidirlər. 

Söyüdlü hadisəsi göstərdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz üzərinə düşən vəzifəni yerinə yetirməyib. Əgər Nazirlik məsələyə vaxtında müdaxilə etsə idi, həmin xoşagəlməz hadisələr baş verməzdi. Bəzi məmurlarımızın məsuliyyətsizliyi son nəticədə dövlətimizin imicinə zərbə vurur”. 

Millət vəkili Elman Nəsirov isə bunları deyib:

“Ölkə Başçısının dünənki çıxışı bir daha göstərdi ki, baş verən bütün proseslər diqqətlə izlənilir. Heç bir hadisə diqqətdən kənar qalmır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi cənab Prezidentin dediyi kimi konkret şəraitdə, konkret hadisəyə lazımi münasibət göstərməyib, heç bir müdaxilə etməyib. 

Dövlətimizin Başçısının bu iradları təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yox, bütün dövlət qurumlarının rəhbərlərinədir. Heç şübhəsiz ki, bu iradlardan hər bir məmur nəticə çıxartmalıdır. Hər bir məmur bilməlidir ki, hər bir məsələ ali rəhbər tərəfindən diqqətlə izlənilir və hər kəs öz işində ləyaqətli olmalıdır. Ləyaqətlə dövlətə və xalqa xitmət etməyənlərin aqibətini isə məmurlar çox gözəl bilirlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO