İmişlidə avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - FOTO

İmişlidə avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - FOTO

Hazırda oxunan: İmişlidə avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - FOTO

145747

İmişlidə avtomobil piyadanı vuraraq öldürüb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 94-cü kmilometrliyində rayonun Qaradonlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Polad Nofərov idarə etdiyi “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən, yolu keçmək istəyən Kamran Musayevi vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan piyada İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.










Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO