Özünü Statistika Komitəsinin əməkdaşı kimi təqdim edən xanım kimdir? - ŞİKAYƏT

Özünü Statistika Komitəsinin əməkdaşı kimi təqdim edən xanım kimdir? - ŞİKAYƏT

Hazırda oxunan: Özünü Statistika Komitəsinin əməkdaşı kimi təqdim edən xanım kimdir? - ŞİKAYƏT

14570

Süni uşaq qidalarının təbliğatının doğum evlərindən başlanılması inkarolunmaz faktdır. Hələ də müxtəlif iş birliyi nəticəsində süni uşaq qidasının təbliğat kampaniyaları aparılır. Bu kampaniyalarda isə müxtəqlif dövlət qurumları, həkim-pediatrlarla işbirliyi yaradan süni uşaq qidalarının distribütorları aktiv fəaliyyətdədir.

Bu yolla hər il yüzlərlə uşağı ana südü ilə qidalanmaqdan məhrum edən fırıldaqçı qrup məhsullarının satışı və reklamı üçün insanları süni qidaya cəlb edirlər.

Bəzən insanları şirnikləndirmək üçün bu işdə rolu və fəaliyyəti olmayan dövlət qurumlarının da adından istifadə olunur.

Bizim.Media-ya bununla bağlı müraciət edən Bakı sakini  Kərim Ağakişiyev başına gələn qəribə olayın həm iştirakçısı, həm də şahidi olub.

Şikayətçinin dediyinə görə ötən gün özünü Statistika Komitəsinin nümayəndəsi kimi təqdim edən Leyla Mahmudovadan onun şəxsi mobil nömrəsinə zəng edilib. Xanım müsahibimizin yeni doğulan körpəsi haqda məlumatlı olduğunu və hansı qida ilə bəsləndiyini sorğu-sual edib.

Şikayətçi deyib ki, Statistika Komitəsinin əməkdaşının qida ilə bağlı sorğu sual-etməsi və bir qədər də əmin danışmaması onda müəyyən şübhələr yaradıb:

“Xanım özünü Statistika Komitəsinin rəsmisi kimi təqdim etdi. Yeni doğulmuş qız övladımın ana südü və ya süni qida ilə bəsləndiyini soruşdu. Məlumat verməzdən əvvəl xanımın bununla nə üçün maraqlandığını soruşdum.
 

O, isə çaşbaş qaalaraq əlaqəni yarımçıq kəsməli oldu. Geri dönüş etdiyimdə isə zəngə cavab vermədi. Jurnalist olduğum üçün əlaqələrimi işə saldım və Statistika Komitəsinin mətbuat katibi Elməddin Quliyevlə əlaqə yaratdım.


Baş verənləri təccüblə qarşılayan Elməddin Quliyev Statistika Komitəsinin Leyla Mahmudova adlı əməkdaşının olmadığını və komitə adından istifadə etdiyi üçün məsuliyyət daşıdığını söylədi.

Dəfələrlə xanımın zəng etdiyi nömrəyə yığsam da, cavab verən olmadı. Anladım ki, bu iş birliyi qurmuş hansısa fırıldaqçı dəstədir.
 

Süni qida alveri ilə məşğul olan bu dəstə körpələri ana südündən məhrum etmək üçün təbliğat maşınlarını işə salıblar”.


Şəxsi əlaqə nömrəsinin necə əldə olunmasından narahatllığı ifadə edən müsahibimiz onu da qeyd edib ki, çox güman ki, kontaktlar süni uşaq qidalarının distribütorlarına doğum evlərindən bilərəkdən verilir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO