Azərbaycan məktəblilərinin BƏƏ-də keçirilən olimpiadada UĞURLARI

Azərbaycan məktəblilərinin BƏƏ-də keçirilən olimpiadada UĞURLARI

Hazırda oxunan: Azərbaycan məktəblilərinin BƏƏ-də keçirilən olimpiadada UĞURLARI

145694

Azərbaycan məktəbliləri iyulun 3-dən 11-dək Əl-Ayn şəhərində (Birləşmiş Ərəb Əmirlikləri) keçirilən 34-cü Beynəlxalq Biologiya Olimpiadasında uğurla çıxış ediblər. 

Bizim.Media xəbər verir ki, intellektual yarışda 76 ölkədən 293 məktəbli iştirak edib. 4 şagirddən ibarət komandamız 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıb.

Belə ki, Gəncə şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə liseyin 11-ci sinif şagirdləri - Zəhrabəyim Abdullayeva və Nurlan Məmmədov  bürünc, Quba şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə liseyin 11-ci sinif şagirdi  Kənan Orucəliyev isə həvəsləndirici mükafata layiq görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO