DİQQƏT - Şəxsi məlumatlarınız ötürülərsə? – Üç ilədək...

DİQQƏT - Şəxsi məlumatlarınız ötürülərsə? – Üç ilədək...

Hazırda oxunan: DİQQƏT - Şəxsi məlumatlarınız ötürülərsə? – Üç ilədək...

14567

Azərbaycanda şəxsi məlumatlara çatımla bağlı şikayətlərin ardı-arası kəsilmir. Uzun illərdir davam edən və daha da genişlənən problemdən qurtulmaq isə mümkün olmur. Ölkə vətəndaşları xidmətinə ehtiyac duyduğu bütün şirkətlərə şəxsi məlumatlarını ötürür.

Belə məlumatlar səhiyyə, təhsil, müxtəlif banklar, dövlət qurumları, özəl şirkətlər və hətta gözəllik salonlarını əhatə edir.

Ehtiyatda olan şəxsi məlumatların isə üçüncü şəxsə kim və ya hansı qurum tərəfindən ötürülməsi vəziyyəti gərginləşdirir. Vətəndaşların şəxsi nömrələrinin onlardan xəbərsiz yayılması son vaxtlar ciddi etiraz və müzakirələr yaradıb.
 

MÖVZU İLƏ BAĞLI:

Xarici teleradiolar Azərbaycan sərhədlərini pozur – ÖLÇÜ GÖTÜRÜLMƏLİDİR


Çoxsaylı vətəndaşlardan saytımıza daxil olan şikayətlərə görə günün müxtəlif saatlarında onların şəxsi mobil nömrələrinə hansısa qurum, şirkət, klinika və ya gözəllik salonlarından zənglər gəlir.

Zəng edən operator xanım guya şəxsin nömrəsinin kampaniyaya düşdüyünü deyərək, özəl olaraq ona ödənişsiz paket xidmətindən yararlanmasını təklif edir.

Bu tip bezdirici zənglər təkcə müxtəlif gözəllik salonlarından deyil, estetik mərkəz və klinikalardan, su filtri təqdim edən şirkətlərdən, eləcə də müxtəlif dövlət qurumları adından edilir. Üstəlik təkrar olunur.

Azərbaycanda şəxsi məlumatların üçüncü şəxslə paylaşılmasına yeganə səbəb şirkətlərin reklam məqsədi və qazancıdır.


Şəxsi məlumatların qanunla paylaşılması məsuliyyət yaratsa da, bu bir neçə kateqoriyalara bölünür. Hüquqşünasların dediyinə görə şəxsi nömrənin paylaşması və ötürülmsi ilə bağlı qanun bazası yoxdur. Yəni bu hal hansısa məsuliyyət yaratmır. Maraqlıdır, bezdirici və təkrar zənglərdən yolulan vətəndaşlar hansı addımı atmalıdırlar?

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında şəxsi məlumatlar haqqında qanunda hansı məlumatların qapalı və açıq olması barədə müddəaların yer aldığını qeyd edib.

Onun sözlərinə görə bütün şəxsi məlumatlar qapalı ola bilməz:
 

“Tutaq ki, insanın adı, soyadı, atasının adı açıq məlumatdır. Qanunda hansı məlumatların şəxsin icazəsi olmadan yayılmaması haqda müddəalar var. Məsələn insanın səhhəti və buna oxşar məlumatlar yayıla bilməz.


Amma telefon nömrəsinin, ev ünvanının məxfi olması qanunda göstərilmir. Bundan isə praktikada sui-istifadə halları var. İndiki məqamda bununla bağlı mübarizə aparmaq mümkün deyil. Çünki qanun bunu qadağan etmir.
 

İstənilən halda şəxs gələn zənglərdən bezirsə, onda hər hansı psixoloji gərginlik yaranırsa, səhhətində narahatlıq artırsa, o, bundan ötrü məhkəməyə şikayət edə bilər.


Şikayətində psixoloji durumunun pisləşməsi barədə  ona mənəvi ziyan dəyməsi ittihamını qaldıra bilər. Hazırda isə həmin zənglərin qarşısının alınması ilə bağlı hüququ norma yoxdur”.

Xatırladaq ki, Azərbaycan Cinayət Məcəlləsində göstərilir ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səsyazılarının yayılmasına, satılmasına və ya başqasına verilməsinə, qanunsuz toplanılmasına görə 100 manatdan 500 manatadək cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər, yaxud bir ilədək müddətə islah işləri kimi cəzalar tətbiq edilir.

Eyni əməlləri qulluq mövqeyindən istifadə edən vəzifəli şəxs törədərsə, o, üç ilədək müddətə müəyyən vəzifə tuta və ya müəyyən fəaliyyətlə məşğul ola bilməz.

Belə şəxsə iki ilədək həbs cəzası da kəsilə bilər.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO