Mehdiabadda ticarət mərkəzi yandı - VİDEO

Mehdiabadda ticarət mərkəzi yandı - VİDEO

Hazırda oxunan: Mehdiabadda ticarət mərkəzi yandı - VİDEO

145668

Bu gün Abşeron rayon Mehdiabad qəsəbəsində ticarət mərkəzi yanıb.

Bizim.Media xəbər verir ki, qəsəbənin 28 May küçəsində yerləşən ticarət mərkəzindəki yanğın sürətlə yayılmağa başlayıb. Hadisə yerinə Abşeron, Binəqədi və digər rayonların yanğından mühafizə qüvvələri cəlb edilib və yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın ümumi sahəsi 2240 m² olan üçmərtəbəli mansard tipli tikilidə baş verib.

Müxtəlif təyinatlı obyektlərin fəaliyyət göstərdiyi ticarət mərkəzinin 1-ci mərtəbəsindəki marketdə tavan 10 m² sahədə, 6 ədəd məişət avadanlığı, bitişik ümumi sahəsi 40 m² olan dönərxananın yanar konstruksiyaları 20 m² sahədə, taxta konstruksiyalardan ibarət mansard 110 m² sahədə və fasad üzlüyü 40 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO