Eynulla Fətullayev nə qədər qazanır? – AÇIQLAMA

Eynulla Fətullayev nə qədər qazanır? – AÇIQLAMA

Hazırda oxunan: Eynulla Fətullayev nə qədər qazanır? – AÇIQLAMA

14565

“Haqqin.az saytının redaksiyası Azərbaycanda gəlirlərin şəffaflığının artırılmasının tərəfdarı kimi çıxış edir və hökumətin indiki islahatçı kursuna səmimi dəstək verir”. 

Bizim.Media xəbər verir ki, bunu Haqqin.az və Virtualaz.org saytlarının Baş redaktoru, tanınmış jurnalist Eynulla Fətullayev özünün Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, kütləvi informasiya vasitələrinin dotasiyasız yaşaya bilməyəcəyinə dair Azərbaycanda uzun illərdir formalaşmış stereotiplərə baxmayaraq redaksiya hesab edir ki, ölkədə mövcud olan indiki azad biznes-mühitində və inkişaf edən bazar münasibətlərində, habelə kiçik və orta sahibkarlığın inkişafı nəticəsində formalaşan reklam bazarında KİV-lər öz biznes-fəaliyyətlərini inkişaf etdirmək üçün bütün imkanlara malikdir.

Jurnalist hesab edir ki, iqtisadiyyatın qanunlarına əsasən reklam bazarı o zaman inkişaf edir ki, sahibkarlıq inkişaf edir və biznes mühiti yaxşılaşır, eyni zamanda azad rəqabət mühiti formalaşır və belə mühitdə biznes subyektləri-şirkətlər, sahibkarlar öz məhsullarını, xidmətlərini tanıtmaq, biznes-ideyalarını təbliğ etmək və PR xidmətləri sifariş vermək ehtiyacı hiss edirlər:
 

“Məhz bu iqtisadi mühit KİV-lərin də öz keyfiyyətli reklam xidmətlərini təqdim etməklə uğurlu biznes-fəaliyyəti qurmasına imkan verir. Əlbətdə, bunun üçün tiraj və KİV-in hədəfləndiyi auditoriya əsas amillərdən biridir”.


“Haqqin.az da öz  fəaliyyətini iqtisadiyyatın qanunları üzərində quraraq tərəfdaşlarına reklam və PR xidmətləri göstərməklə qazanc əldə edir. Bununla bağlı redaksiya 2020-ci il üçün gəlirlərini açıqlamaq qərarına gəlib.

Beləliklə, haqqin.az saytının reklam və PR xidmətlərindən gəlirləri 800 min manata yaxın olub. Bu xidmətlərdən əldə edilən təmiz gəlir isə 400 min manat təşkil edib. İl ərzində haqqin.az 165 min manat (ƏDV də daxil olmaqla) vergi ödəyib.

Hesab edirik ki, bu rəqəmlər Azərbaycanda reklam bazarının mövcud olmadığı haqda vaxtaşırı olaraq eşidilən giley-güzarın yanlış olduğunu nümayiş etdirir. Əlbətdə, bizim gəlirlərimiz daha yüksək ola bilərdi, amma başlıca məqsədimiz oxucularımıza informasiyaları, şərhləri, analitikanı, müxbir yazılarını çatdırmaqdır...Yaradıcılıq fəaliyyətimizdə daha çox yer tutur və daha çox zaman alır.

Biz əsas hakim-oxucularımız qarşısında hesabat verdik!

Hamımıza bu ilin də uğurlu olmasını arzu edirik!”, deyə o, qeyd edib.

Bizim.Media





 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO