Əlahiddə Ümumqoşun Ordunun tank birləşmələrində məşğələlər keçirilir - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun tank birləşmələrində məşğələlər keçirilir - VİDEO

Hazırda oxunan: Əlahiddə Ümumqoşun Ordunun tank birləşmələrində məşğələlər keçirilir - VİDEO

14564

Əlahiddə Ümumqoşun Ordunun tankçıları gecə və gündüz şəraitində keçirilən məşğələlərdə peşəkarlıq nümayiş etdirirlər.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun tank birləşmələrində keçirilən məşğələlərdə əsas diqqət şəxsi heyətin çətin relyefli ərazilərdə zirehli tank texnikalarını idarə edərək döyüş meydanında hədəfləri məhv etmək vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyadan Azərbaycanın keçirəcəyi hərbi təlimlərə reaksiya - «Təhlükəsizlik üçün...» 


Təlim mərkəzlərində sürücülük və atəş bacarıqları yoxlanılan heyətlər zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsini icra edir, müxtəlif manevrlər və atışlar həyata keçirirlər.

Plana uyğun olaraq gecə vaxtı çətin relyef və məhdudgörmə şəraitində təşkil olunan məşğələlərdə ekipajların müasir tank texnikaları ilə minalı sahələrdən, süni və təbii maneələrdən keçməklə atəş tapşırıqlarını yerinə yetirmələri praktiki məşq etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO