Xaçmazda bir-birini öldürən əkiz qardaşlar yanaşı dəfn olundu - VİDEO

Xaçmazda bir-birini öldürən əkiz qardaşlar yanaşı dəfn olundu - VİDEO

Hazırda oxunan: Xaçmazda bir-birini öldürən əkiz qardaşlar yanaşı dəfn olundu - VİDEO

145618

Xəbər verdiyimiz kimi, Xaçmazda əkiz qardaşların mülk üstündə davası qətllə bitib. Bir-birini öldürən qardaşlar yanaşı dəfn olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri "Baku TV" təqdim edib.

Xatırladaq ki, iyulun 7-də saat 15:00 radələrində rayonun Yalama qəsəbəsi, Meşəli kəndində evlərin birində 1992-ci il təvəllüdlü Kamran və Orxan İsgəndərov əkiz qardaşlarının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 
Məlumata görə, Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Orxan Mirzə oğlu İsgəndərov rayonun Yalama qəsəbəsi, Meşəli kəndində babasına məxsus mülkün ona aid olduğunu bildirib.

Daha sonra onun əkiz qardaşı Kamranla arasında əlbəyaxa dava düşüb. Bu zaman qardaşlardan biri bıçaqla digərinin başını kəsib, sonra özünə xəsarət yetirib. Nəticədə hər iki şəxs həyatını itirib.

Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq edilir.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO